Axtarış...

XRİTDX əməkdaşları Türkiyədə keçirilən təlimlərdə iştirak ediblər

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqaviləyə əsasən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Silahlı Qüvvələr Attaşeliyinin dəvəti ilə Ankara şəhərində müvafiq istiqamətlər üzrə təşkil olunan təlimlərdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hərbi qulluqçuları iştirak ediblər.

Qeyd edək ki, bundan əvvəl XRİTDX-nin hərbi qulluqçuları 2026-cı ilin avqust-sentyabr aylarında Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak etmişdilər.

Bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, qabaqcıl təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə, eləcə də Azərbaycan - Türkiyə arasında müvafiq sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.