Axtarış...
XRİTDX-nin əməkdaşı Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda iştirak edib
İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) təşkilatçılığı ilə “Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forum”da (Global Forum on IP and AI) tədbiri keçirilib. Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva iştirak edib.
Forum çərçivəsində süni intellekt texnologiyalarının inkişafı fonunda əqli mülkiyyət hüquqlarının qorunması, rəqəmsal mühitdə yaranan yeni çağırışlar, innovasiyaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir müxtəlif ölkələrdən olan ekspertlərin və mütəxəssislərin iştirakı ilə aktual məsələlər ətrafında fikir və təcrübə mübadiləsinin aparılması üçün beynəlxalq platforma rolunu oynayır.