Axtarış...
Bu ilin 21-22 sentyabr tarixlərində baş tutacaq ICSD-2022 konfransı
Bu ilin 21-22 sentyabr tarixlərində baş tutacaq ICSD-2022 konfransı zamanı PROSOL Şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Komputer İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışması keçiriləcəkdir. Seçiləcək 20 nəfər yarışma zamanı verilən tapşırıqların həllini tapmaq uğrunda mübarizə aparacaqlar. Məhdud vaxt çərçivəsində tapşırıqları ən qısa müddətdə uğurla yerinə yetirən və ən yüksək xal toplayan 3 nəfər qalib elan olunacaq və xüsusi mükafatlara layiq görüləcəkdir.
Müraciət üçün link: https://jobs.talhunt.az/prosol/736-capture+the+flag++(ctf)