Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi beynəlxalq konfransda çıxış edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov noyabrın 8-də Omanın paytaxtı Muskat şəhərində təşkil olunan 10-cu Regional Kibertəhlükəsizlik Həftəsi çərçivəsində keçirilən “Kibertəhlükəsizlik innovasiyası və kibersənayenin inkişafı” mövzusunda konfransda iştirak edib.
Konfransda təqdimatla çıxış edən T.Məmmədov ölkəmizdə kibertəhlükəsizlik sahəsinin inkişafı üçün atılan addımlardan, kibersənayenin inkişafı və əlaqələndirilməsi məqsədilə özəl sektorun təşəbbüsü olaraq yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının fəaliyyətindən, hazırlanmış informasiya təhlükəsizliyi strategiyası və müvafiq tədbirlər planının bu sahənin inkişafında oynayacağı rolundan danışıb.