Axtarış...
Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammiti keçirilir
Oktyabrın 3-də Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammiti işə başlayıb.
“İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfindən birgə təşkil olunan “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan “Pnetworks” təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
Tədbir Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Sonra sammitlə bağlı videoçarx nümayiş olunub.
Sammitdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, “BP” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və digər rəsmi şəxslər çıxış ediblər.
Sammit işini panel iclasları ilə davam etdirir.