Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Türkiyə Cümhuriyyətində təcrübə mübadiləsində olmuşdur
20-25 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Türkiyə Cümhuriyyətində olmuşlar.
Səfər çərçivəsində, Türkiyə Cümhuriyyətinin Elmi-Texnoloji Araşdırmalar Təşkilatının (TÜBİTAK) İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi Araşdırmalar Mərkəzinin (BİLGEM) rəsmiləri ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə görüş keçirilmiş, təşkilatın İnformasiya Texnologiyaları, Yüksək Texnoloji Araşdırmalar, Kibertəhlükəsizlik, Milli Elektronik Araşdırmalar və Proqram Texnologiyaları institutları ilə tanışlıq təşkil edilmiş, müvafiq institutların heyətləri ilə birgə fəaliyyət istiqamətləri və elmi-texnoloji yeniliklər barədə təcrübə mübadiləsi aparılmışdır.
Dövlət Xidmətinin nümayəndə heyəti "TÜBİTAK BİLGEM" təşkilatının prezidenti Dr. Ali Görçin və biznesin inkişafı üzrə vitse-prezident Sadullah Uzun ilə görüşmüş, onlar da öz növbələrində Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnunluqlarını ifadə edərək iki qardaş ölkə arasında informasiya texnologiyaları və informasiya təhlükəsizliyi istiqamətlərində qarşılıqlı əməkdaşlığın gələcək perspektivini müzakirə etmişlər.