Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi dekabrın 10-da Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla anıb.
Sonra Xidmətin inzibati binasında anım tədbiri keçirilib.
Tədbir dahi liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anım tədbirini giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general–leytenant İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə böyük diqqət yetirdiyini bildirib. Xidmət rəisi xüsusi vurğulayıb ki, bu gün ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyalarının yüksək inkişafı məhz Ulu Öndərin uzaqgörən siyasətinin bariz nümunəsidir. Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi illərində ömrünü doğma xalqına həsr etdiyi və onun nurlu xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı bildirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini deyən İ.Musayev dövlətimizin başçısının müdrik siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu, işğal altındakı torpaqlarımızın məhz Prezidentin rəhbərliyi ilə azad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu vurğulayan Xidmət rəisi İlqar Musayev bu münasibətlə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində də Ulu Öndərə həsr olunacaq bir sıra tədbirlərin keçiriləcəyini bildirib.