Axtarış...
Dövlət təşkilatlarının mütəxəssisləri üçün SMART SECURITY FOR GOVERNMENT tədbiri keçirilmişdir
Son zamanlar qlobal internet şəbəkələrinə olan kiber hücumlar və təhdidlər nəticəsində kiber cinayətkarlıq hallarının statistikası artmaqda davam edir. Ölkəmizin informasiya resursları da bu kimi təhdidlərdən kənarda qalmamışdır. Bu səbəbdən dövlət orqanlarına və özəl sektora məxsus informasiya sistemlərindən külli miqdarda məxfi məlumatların sızması və oğurlanması faktları informasiya təhlükəsizliyinin təminatı baxımından ciddi narahatlıqlar və problemlər yaratmışdır. Problemlərin vaxtında aşkarlanması, təhlili və aradan qaldırılması üçün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi bu sahəni tənzimləyən mövcud qanunvericilik aktlarını rəhbər tutaraq kompleks texniki-təşkilatı tədbirlərin həyata keçirilməsini davam etdirir. Bu məqsədlə tərəfimizdən informasiya təhlükəsizliyini təmin edən ən müasir proqram təminatı və texnoloji avadanlıqlar alınmış və hazırda uğurla tətbiq edilməkdədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Azinfosec-in və Trendmicro, Axoft şirkəti - Rusiya və MDB ölkələrində IT Servis Distribyutor dəstəyi ilə, 28 iyun 2018 tarixində Bakıda, "Four Seasons" otelində "SMART SECURITY FOR GOVERNMENT" tədbiri keçirmişdir. Tədbirin əsas məqsədi də müxtəlif qurumlardan dəvət olunmuş mütəxəssisləri maraqlandıran sualları cavablandırmaq və onlara bu kimi texniki dəstəyi əsirgəməməkdir.
Qeyd etmək istərdik ki, internet və lokal şəbəkələrdə təhlükəsizliyin təmin olunması üçün mərkəzləşdirilmiş “TREND MICRO” antivirusun Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə birlikdə dövlət orqanlarında tətbiq edilir.