Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə mətbuat katibi təyin olundu

 23 dekabr tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yeni təyin olunmuş mətbuat katibi KİV nümayəndələrinə təqdim olunmuşdur. Təqdimat mərasimində yeni təyin olunmuş mətbuat katibi Saidə Əhmədova KİV nümayəndələrinə  Xidmətdə yeni yaradılan mətbuat katibliyinin fəaliyyəti barədə məlumat vermişdir. Görüşdə iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov xidmətin fəaliyyəti istiqamətləri, vəzifələri və səlahiyyətləri ilə bağlı təqdimatla çıxış etmiş və KİV nümayəndələrinin suallarını ətraflı cavablandırmışdır.

 

 

Sonda mətbuat katibi Saidə Əhmədova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətininin rəisi general leytenant İlqar Musayevin qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriklərini KİV nümayəndələrinə çatdırmışdır.