Axtarış...

İnformasiya Təhlükəsizliyi Təqvimi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında informasiya təhlükəsizliyi vərdişlərinin gücləndirilməsi və maarifləndirmə məqsədi ilə "2023 İnformasiya Təhlükəsizliyi Təqvimi" layihəsinə start vermişdir. Layihə üzrə 5000 ədəd stolüstü “smart” təqvim dərc edilərək dövlət qurumlarına paylanmışdır.

Sözügedən təqvimdə hər bir ay informasiya təhlükəsizliyinin müxtəlif aspektləri əhatə edilməklə ümumilikdə 12 təhlükəsizlik sahəsi əhatə edilmişdir ki, bu da təqvim istifadəçilərinə hər bir ay üzrə müəyyən olunmuş mövzuya uyğun təhlükəsizlik məsələləri ilə tanış olmaq, eləcə də hər bir ayın son cümə günü təqvim üzərindəki qr-kodu skan etməklə ayın mövzusuna uyğun təşkil olunacaq onlayn maarifləndirmə seminarlarına canlı qoşulma imkanı verəcəkdir.

kalendar.png


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni təqvim ilində hər kəsə sağlam can, güclü kiberimmun, uğurlu və təhlükəsiz günlər arzu edir.