Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev və Xidmətin digər əməkdaşları tərəfindən Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədər Şəhidlər xiyabanı ziyarət edilmişdir.


Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilmiş, məzarları önünə gül dəstələri düzülmüşdür.