Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatmışdır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfər çərçivəsində Türkiyə Respublikasının Ankara şəhərində olub. Sözügedən səfər zamanı nümayəndə heyəti Ankara şəhərində yerləşən Mustafa Kamal Atatürkün movzoleyini ziyarət etmiş, daha sonra Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi, İnformasiya və Kommunikasiya İdarəsi (BTK), Türkiyə Elmi-Texnoloji Tədqiqatlar Şurası və Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisində görüşlər keçirmişlər.
Görüşlərdə Türkiyə Respublikasında informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilmiş layihələr, əldə edilmiş elmi-texnoloji nailiyyətlər barədə geniş məlumat verilmiş, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Xidmət rəisi İlqar Musayev görüşlərdə Türkiyə Respublikasının nümayəndələrinə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat vermişdir.