Axtarış...

“AzStateNet” şəbəkəsinin genişləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə “AzStateNet” Data, İnternet və “Voice” şəbəkələrinin Naxçıvan Muxtar Respublikasında qurulması və dövlət qurumlarının bu şəbəkəyə qoşularaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası idarəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin “AzstateNet” Data, İnternet və “Voice” şəbəkələrinə qoşulması təmin edilmişdir.