Axtarış...
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin saytı “GOV.AZ” zonasına köçürüldü
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin elektron informasiya resursu yeni "nminenergy.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürüldü.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.