Axtarış...

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin saytı “GOV.AZ” zonasına köçürüldü

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin elektron informasiya resursu yeni "nrb.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürüldü.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.