Axtarış...

Barselonada keçirilən Mobil Dünya Konqresi başa çatdı

Cari ilin 27 fevral-02 mart tarixlərində İspaniyanın Barselona şəhərində mobil sahənin ən böyük toplantısı olan Mobil Dünya Konqresi keçirilmişdir.

1987-ci ildən hər il keçirilən Konqresə bu il 202 ölkədən 88 mindən artıq ziyarətçi dəvət almışdır.

Konqresdə təqdim olunan məlumatlara görə tədbirlərdə 150-dən çox ölkədən 196 nümayəndə heyəti, 70-ə yaxın nazir və 100-dən çox tənzimləyici orqan rəhbərləri olmaqla bu il ən yüksək sayda nümayəndə heyəti iştirak etmişdir.

Builki sərgi və konfranslarda əsasən 5G-nin tətbiqi vəziyyəti, qarşıya çıxan problemlər, 6G-nin təkamül vəziyyəti, DATA şəbəkələrinin qurulma formaları, texnologiyaları, dövlət qurumlarına xidmət üçün optik və simsiz şəbəkələr, onların informasiya təhlükəsizliyi və s. istiqamətlərə geniş yer verilmişdir.

Konqresdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılovun rəhbərliyi il nümayəndə heyəti də iştirak etmişdir.

Xidmətin nümayəndə heyəti “Huawei”, “Radvare”, “Parallel Vareless” şirkətlərinin rəhbər şəxsləri ilə görüşlər keçirmiş, Konqresdə təqdim olunan digər şirkətlərin, operatorların və beynəlxalq təşkilatların yeni texnologiyaları, məlumatları və məruzələri ilə ətraflı tanış olmuşdurlar.