Axtarış...
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdədir
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdədir.
Cari ilin 5 mart tarixində başlayan səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi", Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət etmişdir. Xidmət rəisi general-leytenant İlqar Musayev adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən "PROSOL" şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olmuşlar.
Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilmiş, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Xidmət rəisi general-leytenant İlqar Musayev görüşlərdə İsrail Dövlətinin nümayəndələrinə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat vermişdir.