Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində struktur bölmələrinin tədris qruplarının rəhbərləri ilə metodiki-təlim toplanışı keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində struktur bölmələrinin tədris qruplarının rəhbərləri ilə metodiki təlim toplanışı keçirilib. Tədbirin əsas məqsədi hərbi xidmət sahəsində tədris qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, metodiki işlərin keyfiyyətinin artırılması və dövrün çağırışlarına uyğun tədris yanaşmalarının tətbiqi olub. Tədbir zamanı 2024-cü il üzrə xüsusi ixtisas, döyüş və ictimai-siyasi hazırlığın nəticələri, Xidmətin əməkdaşlarının sağlamlığının qorumnası, xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı əməkdaşlarını nizam-intizam və davranış qaydalarına riayət etmələri və il ərzində intizam təcrübəsinin nəticələri müzakirə edilmiş, eləcə də ölkə rəhbərliyinin Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi dövlət siyasəti haqqında ətraflı məlumat verilmişdir.

Toplanışda AMEA-nin A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri fəlsəfə doktoru, professor, tanınmış ictimai-siyasi xadim Cəbi Bəhramov “2024-cü ildə Azərbaycanda və dünyada baş vermiş ictimai-siyasi hadisələrin analizi” mövzusunda geniş mühazirə ilə çıxış edib. Professor öz məruzəsində cari ildə ölkəmizdə və qlobal miqyasda baş verən mühüm ictimai-siyasi proseslərə nəzər salıb. Azərbaycan Respublikasının milli maraqları çərçivəsində həyata keçirilən uğurlu daxili və xarici siyasət tədbirlərini, eləcə də qlobal münaqişələrin hərbi-strateji aspektlərini təhlil edib.

Toplanışın sonunda bu cür tədbirlərin həm şəxsi heyətin peşəkarlığının artırılması, həm də xidmətin effektivliyinin yüksəldilməsində mühüm rol oynadığını vurğulanıb. Tədbirin nəticələri, xidmət daxilində tədris və idarəetmə proseslərinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəkdir.