Axtarış...

Kibertəhlükəsizliklə bağlı məlumatlılığın azlığı şəxsi hesabların ələ keçirilməsi ilə nəticələnir

Son illər pandemiyanın yaratdığı çətinliklər və məsafədən işləmək informasiya təhlükəsizliyini aktual mövzulardan edib, kiberhücumların sayında kəskin intensivlik müşahidə olunub.

Bu sözləri Bakıda PROSOL şirkəti tərəfindən keçirilən “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” (ICSD) adlı beynəlxalq konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Azər Əhədov deyib.

O bildirib ki, hücumlar əsasən informasiya sistemlərinə yönəlib: “Təəssüflə qeyd etmək lazımdır ki, individual kompüter istifadəçilərinin hədəf alınması, onların saxta keçidlərə yönləndirilməsi, hesablarının ələ keçirilməsi, bəzən şantaj edilməsi çətin olmur. Buna səbəb cəmiyyətimizdə kibergigiyenanın, kibertəhlükəsizliklə bağlı məlumatlılığın aşağı olmasıdır. Belə hücumlara qarşı özəl və dövlət qurumları aktiv çalışaraq qarşılıqlı surətdə işləməli, müxtəlif tədbirlər keçirilməli, gənc kadrlar yetişdirilməlidir”.