Axtarış...

Zərərvericilərin Analizi üçün "MAX" proqram təminatı


Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT.GOV.AZ mərkəzinin zərərvericilərin analizi üçün hazırladığı "MAX" (Malware Analyser XRScan) proqram təminatı yaxın zamanda istifadəyə veriləcək. Mərkəzin Malware Laboratoriyasının hazırladığı proqram təminatı olan "MAX" layihəsi sahə üzrə ilk tam yerli (interyfeys, funksional və XRScan mühərrikindən ibarət) proqram təminatı olaraq Azərbaycanda bir ilkə imza atmaq üzrədir. Mərkəz hazırda hazırladığı XRScan mühərrəki üzrə bir sıra yoxlama və test əməliyyatları o cümlədən program təminatının lisenziyalaşdırılması məsələləri üzərində işləyir.

İlkin olaraq şərti adı  "MAX" (Malware Analyser XRScan) adlandırılan bu tətbiqin əsas funksionallığı CERT.GOV.AZ Malware Lab-ın daha öncə istifadəyə verdiyi "MEL""MAK" tətbiqlərindən fərqli olaraq texniki bazası olmayan istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama mührərriki-XRScaner, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz imkanlarından ibarət olacaq.

CERT.GOV.AZ-ın Malware Lab-ın yaxın zamanda istifadəyə verəcəyi "MAX" layihəsinin demo görüntüsünü aşağıdakı videodan izləyə bilərsiniz.