Axtarış...

Resurs İdarəetmə Mərkəzi


Resurs İdarəetmə Mərkəzi – Dövlət qurumları ilə interaktiv əlaqə və sorğuların qeydiyyatı üçün yaradılmış “Elektron sorğu sistemi” bazasında yaradılmışdır. Bir çox alt sistemlərdən ibarət bu platforma dövlət qurumlarına sahib olduqları resursların kibertəhlükəsizlik vəziyyətini daima nəzarətdə saxlama, mövcud və gözlənilən təhlükəsizlik məsələləri ilə daha interaktiv xəbərvermə/xəbəralma imkanlarını özündə birləşdirir. Belə ki, dövlət qurumu bu sistem vasitəsi ilə ona ayrılmış DNS zonaya, Host xidmətinə, AzStateNet üzərindən xidmətinə verilmiş İP aralığına nəzarət edə biləcək, resurslarındakı boşluqlar və yoluxmalar barədə, o cümlədən istifadə etdiyi proqram təminatları bazasına uyğun yenilənmə və təhlükələr barədə avtomatik xəbərdarlıqlar alır, ona verilmiş xidmətlər üzrə statistikasını, həmçinin qurumun kibertəhlükəsizlik və ayıqlıq indeksi üzrə qiymətləndirilməsi öz səhifəsində görə bilir. Həmçinin bu sistem vasitəsi ilə dövlət qurumları şübhəli faylları analiz üçün sandbox sisteminə göndərib həmin faylların analiz nəticəsini əldə etmə imkanına sahibdir. Sistemin digər funksionallığı SPAM bazasıdır ki, bütün qurumlar onlara gələn spam mesajları həmin bazaya yönləndirəcək və nəticədə milli Spam bazası yaradılacaq ki, bu baza vasitəsi ilə də qara siyahıların daimi yenilənməsi və xidmət verilən mail sistemlərinə tətbiq edilməsi həyata keçiriləcəkdir. Sistem hazırda istifadəyə verilsə də bir sıra modulların tətbiqi üzərində işlər davam etdirilir.

ticket_screen_a8997yhi.jpg